2 iyul 2012 11:57
Yığmamız almanlarla sülh bağladı
Almaniyanın Duysburq şəhərində təşkil olunmuş DFB - Federasiyalar Kubokunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Saarland bölgəsinin müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Elnur Cəfərov və Məhəmməd Hüseynov fərqlənib.
