3 iyul 2012 11:38

Klbulardan PFL rəhbərliyinə dəstək

Bu gün Peşəkar Futbol Liqasına növbəti dörd il müddətə prezident seçkiləri keçiriləcək. Azerisport.az xəbər verir ki, PFL prezidentini Premyer Liqada çıxış edən 12 klubun rəhbərləri seçəcəklər.
 
Seçki ərəfəsində “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov azerisport.az saytı üçün fikirlərini açıqlayıb. O, sözügedən qurumun ötən illərdəki fəaliyyətini qiymətləndirməklə yanaşı, gözləntilərini də dilə gətirib:

“Hesab edirəm ki, geridə qalan dörd ili PFL-in indiki rəhbərliyinin aktivinə yazmaq olar. Çempionat inkişaf edir. Ramin Musayevin komandası bu yöndə əlindən gələni edir. Ona görə də indiki halda nəyisə dəyişməkdə məna görmürəm. Məhz bunu nəzərə alaraq, biz indiki PFK rəhbərliyini dəstəkləyirik və növbəti dörd ildə də onların bu postda qalmasını istəyirik”.
 
Nəsəfovun fikrincə, müsbət işlərlə yanaşı, PFL-in bəzi çatışmazlıqları da var: “Çatışmazlıqları demək istəmirəm. Hər bir təşkilatda buna rast gəlmək olur. Ümid edirəm ki, PFL-də də hansı çatışmazlıqlarının olduğunu yaxşı bilirlər. Əsas odu ki, rəhbərlik bunu aradan qaldırmaq üçün çalışır. Hər halda indiki vəziyyət dörd il əvvəllə müqayisədə çox yaxşıdı”.
 
Fariz Nəcəfov növbəti dörd ildən gözləntilərini də dilə gətirib: “Əminəm ki, növbəti dörd ilin tamamında klub futbolumuz indikindən də yaxşı olacaq. Hətta düşünürəm ki, klublarımız, xüsusilə də “Qəbələ” Çempionlar Liqasının, Avropa Liqasının qrup mərhələsində, pley-off mübarizələrində çıxış edəcək”.
 
“İnter”in prezidenti Georgi Nikolovun da fikirlərini öyrəndik. O isə öz növbəsində bunları dilə gətirdi: “Nəzərə alsaq ki, bir namizəd var, “İnter” öz səsini Ramin Musayevə verəcək. Razı və ya narazı olduğumu deməyəcəm. Bunu yalnız “İnter” həll etmir. Azərbaycan futbolunun razı qalması lazımdı. Biz sadəcə böyük bir mexanizmin hissəsiyik. Ümid edirik ki, növbəti dörd il ərzində bəzi məsələlər öz həllini tapacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.