3 iyul 2012 11:57
Neftçinin rəqibi bolqarları belə məğlub etdi (VİDEO)
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Zestafoni” komandası yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan gürcülər Bolqarıstan təmsilçisi “Lokomotiv” (Plovdiv) ilə görüşdə qüvvələrini sınayıblar və 3:2 hesablı qələbəyə seviniblər. Həmin görüşdən hazırlanan videoreportajı təqdim edirik.
