3 iyul 2012 12:54
Bakı - Mura oyunununa biletlərin qiymətləri açıqlandı
UEFA Avropa Liqası birinci təsnifat mərhələsinin "Bakı" - "Mura" qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılır. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Biletlərin qiyməti 1, 3 və 5 AZN təşkil edir. Azarkeşlər biletləri klubun təlim-məşq bazasından və "Dalğa Arena" stadionunun köşklərindən əldə edə bilərlər.
Qeyd edək ki, "Bakı" - "Mura" oyunu iyulun 5-də keçiriləcək və saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Sloveniyada baş tutacaq.
