3 iyul 2012 13:34
Rəvan Bolqarıstan klubuna qarşı
Sloveniyada təlim-məşq toplanışı keçəcək “Rəvan”ın yoxlama oyununda qarşılaşacağı rəqiblərdən birinin adı məlum olub. Azerisport.az xəbər verir ki, Bakı təmsilçisi Bolqarıstanın “Beroe” klubu ilə qarşılaşacaq.
Oyun iyulun 26-da baş tutacaq. Matçın başlama vaxtı hələ məlum deyil.
Qeyd edək ki, 1916-cı ildə yaradılan “Beroe” klubu Bolqarıstanın güclülər dəstəsində çıxış edir. Son mövsümdə 10-cu pilləni tutan komandaya bolqar mütəxəssis İvko Qançev başçılıq edir.
