3 iyul 2012 14:38
Sumqayıtın yeni transferi zədələndi
“Sumqayıt” klubu 2012/2013 mövsümü üçün hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Azerisport.az xəbər verir ki, daha çox fiziki hazırlığın artırılmasına önəm verən komandanın baş məşqçisi Bernard Raab növbəti məşqini saat 17:00-da keçəcək.
Dünənki hazırlıq mərhələsində zədə alan klubun yeni transferi Taner Taktak səhər məşqində yüngül qaçışla kifayətlənib. “Sumqayıt” klubu iyulun 7-də əvəzedici komanda ilə yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, hazırda U-19-un heyətində təlim-məşq toplanışında olan Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə hazırlıq prosesinə nisbətən gec qoşulacaq.
