3 iyul 2012 14:57
Yığmamız İsveçrəyə də məğlub oldu
Rusiyanın Moskva şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası bu gün üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz bu dəfə İsveçrə yığması ilə qarşılaşıb.
Qarşılaşma 4:3 hesabı ilə İsveçrə yığmasının xeyrinə başa çatıb. Millimizin heyətində Əbdül Əliyev, Elvin Quliyev və Emin Kürdov fərqlənib.
Qeyd edək ki, seçmə mərhələdə ilk oyununu İngiltərəyə qarşı keçirən yığmamız 4:1 hesabı ilə qalib gəlsə də, ikinci oyunda Belarusa 2:3 hesabı ilə uduzmuşdu.
