3 iyul 2012 15:16
İnter Sloveniya toplanışını başa vurub, Estoniyaya yollandı
Sloveniyada təlim-məşq toplaşında olan "İnter" bu gün səhər sonuncu məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, bununla da “bankirlər”in ölkə xaricindəki ikinci toplanışı başa çatıb.
Bu gün komandamız Estoniyaya yola düşəcək. Paytaxt klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Trans”la oyuna daha yaxşı hazırlaşmaq üçün Estoniyaya iki gün öncə yollanmağı qərara alıb. Görünür, “bankirlər” bununla yerli şəraitə uyğunlaşmaq məqsədi güdürlər.
Qeyd edək ki, “Trans”la “İnter” arasındakı ilk oyun iyulun 5-də keçiriləcək.
