3 iyul 2012 15:53
Ramin Musayev yenidən PFL prezidenti seçildi
Bu gün Peşəkar Futbol Liqasında (PFL) prezident seçkisi keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə federasiya prezidenti Rövnəq Abdullayev və 12 Premyer Liqa klubunun nümayəndəsi iştirak edib.
Səsvermə qapalı keçirilib. Seçkidə yeganə namizəd olan PFL-in hazırkı başçısı Ramin Musayev növbəti 4 il üçün qurumun prezidenti seçilib.
Qeyd edək ki, Ramin Musayev son dörd ildə PFL-in prezidenti olub. Əvvəllər o, “Neftçi”nin vitse-prezidenti işləyib.
