3 iyul 2012 16:04
Transın baş məşqçisi İnterlə ilk oyunu buraxacaq
Estoniyanın “Trans” klubunun baş məşqçisi Sergey Prixodko Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın “İnter” komandasına qarşı keçirəcəkləri ilk oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, onun sənədlərində problem yarandığı üçün Rusiyaya qayıtmaq məcburiyyətində qalıb.
Hələlik Prixodko ilə bağlı bu qeyri-müəyyənliyin necə bitəcəyi bilinmir. Gözlənilir ki, rusiyalı mütəxəssis komandasına iyulun 12-də Bakıda keçiriləcək cavab oyunu öncəsi qoşulsun.
