3 iyul 2012 16:35
Rövnəq Abdullayev: Turan Premyer Liqada çıxış edəcək
“Artıq “Turan”la bağlı bağlı problem yoxdu. Komanda Premyer Liqada çıxış edəcək”. Azerisport.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rönəq Abdullayev deyib.
Bir müddət əvvəl “Turan”ın Premyer Liqada çıxış etməyəcəyi ilə bağlı xəbər yayılmışdı. Lakin AFFA başçısı problemin olmadığını bildirib: “Bununla bağlı klub rəhbərliyi ilə də söhbətim olub. Hətta onlardan özüm xahiş etmişəm ki, legionersiz oynasınlar. Burada, həmçinin yerli məşqçilər çalışacaqlar. Yerli futbolçular isə 18-20 yaş arası olacaq ki, bu da Azərbaycan futbolunun gələcəyinə hesablanıb. Özümüz də onlara kömək edəcəyik”.
