3 iyul 2012 16:42
AFFA UEFA Super Kubokunu keçirməkdən imtina edib
AFFA UEFA Super Kubokunu Azərbaycanda keçirməkdən imtina edib. Azerisport.az xəbər verir ki, bu barədə jurnalstlərə AFFA prezidenti Rövnəq Abullayev məlumat verib.
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının qaliblərinin dueli 2015-ci ildə Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək. Abdullayev bildirib ki, Super Kubok oyunu Gürcüstandan əvvəl Azərbaycana sa təklif edilib. Lakin Azərbaycan tərəfi bundan imtina edib. Abdullayev bunu Superkubokun son vaxtlar nüfuzunu itirməsi ilə izah edib. Həm də ki, həmin il Azərbaycanda 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi keçiriləcək.
“Biz hələlik bu mövzunu bağlamışıq. Superkubok bir günlük turnirdi. Düzdü, oyuna çoxlu azarkeşlər gəlir. Amma AFFA-nın hazırda başqa planları var”.
