3 iyul 2012 17:06

Rövnəq Abdullayev: Klubların daxili işlərinə qarışa bilmərik

AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən Peşəkar Futbol Liqasına prezident seçkilərindən sonra jurnalistlərlə söhbətində bir sıra məsələlərə münasibətini bildirib. Azerisport.az xəbər verir ki, o, öncə Ramin Musayevin fəaliyyətinə toxunub:

“Biz səsvermə keçirdik və Ramin Musayev yenidən PFL prezidenti seçildi. Deyərdim ki, geridə qalan dörd ildə çempionatımızın və klublarımızın səviyyəsi xeyli artıb. Mən Musayevin fəaliyyətindən razıyam. Əgər onun işindən ciddi narazılıq olsaydı, yəqin ki, indi burda oturmazdı”.

AFFA prezidentinin sözlərinə görə, iclasda hakimlik də müzakirə olunub: “Biz artıq yeni və müasir avadanlıqlar da almışıq. Ümid edirəm ki, bu, hakimlərimizə işlərində daha çox kömək edəcək”.
 
Klub rəhbərləri ilə görüşdə Azərbaycan çempionatının oyunlarının yayım hüququ ilə bağlı yeni qərar çıxarılıb: “Yayım hüququ AFFA-ya verildi. Amma AFFA özünə bir qəpik də götürməyəcək. Yayımdan gələn gəlir hamısı klublar arasında bölünəcək. Bu qərarı ona görə qəbul etdik ki, kanallarımızın nə qədər qazandığını bilirik. Klublar da teleyayımdan qazanc əldə etməlidilər”.
 
Rövnəq Abdullayev futbolçularımızın qazancına da toxunub: “Düzdü, bəzi futbolçuların maaşları yüksək ola bilər. Amma bu, klubların daxili işidi. Biz onlar üçün sərhəd qoya bilmərik. Həm də klublarda ağıllı insanlar oturublar və öz pullarını çölə atmamalıdılar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.