3 iyul 2012 17:25

Tixon Şişov: Xəzər Lənkəranı məğlub edə bilərik

Estoniyanın “Nomme Kalju” klubunun futbolçusu, vaxtilə “Xəzər Lənkəran”ın da şərəfini qorumuş Tixon Şişov komandasının Avropa Liqasındakı şanslarından danışıb. Azerisport.az xəbər verir ki, o, Avroliqanın birinci təsnifat mərhələsində üz-üzə gələcəyi keçmiş komandası ilə görüşlərdən danışarkən, öncə bunları dilə gətirib:

“Mən şadam ki, yenidən Azərbaycana qayıda, lənkəranlılara qarşı oynaya biləcəyəm. Bu, çox güclü komandadı. Böyük ehtimalla yerlə oynayacaqlar. Onlar fiziki cəhətdən də güclüdülər. Sürətli və yaxşı futbol sərgiləyirlər. Baxaq, görək nə olur”.
 
Estoniya yığmasının üzvü “Xəzər Lənkəran”dan qalmaqallı gedişinə də toxunub: “Bu qərar rəhbərlik tərəfindən qəbul olundu. Bunun komandaya aidiyyatı yox idi. Amma istənilən halda baş verənlərə görə incikliyim qalıb”.
 
Şişovun sözlərinə görə, indiki komandası “ağ-yaşıllar”ı mübarizədən kənarlaşdıra biləcək gücdədi: “Biz lənkəranlıları məğlub edə bilərik. Bunun üçün kifayət qədər gücümüz də var. Amma potensialımızı nümayiş etdirə biləcəyimizə zəmanət vermək çətindi. “Xəzər Lənkəran”ın reytinqi daha yüksəkdi, onlar favoritdilər. Amma biz də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Xüsusilə də ev oyununda”.
 
Estoniya çempionatının son turunda “Nomme Kalju” “Levadia” ilə sülh bağlayıb – 1:1. Lakin Şişov “Xəzər Lənkəran”ı bu komanda ilə müqayisə etmək istəməyib: “Levadia” ilə “Xəzər Lənkəran” gecə ilə gündüz kimi bir-birindən fərqli klublardı. Lənkəranlıların çox güclü komandası var. Bizə onlarla oyunlarda çox çətin olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.