3 iyul 2012 17:43
Azərbaycan DÇ-nin seçmə mərhələsində pley-offa adladı
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində qrup oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması son oyununda İsveçrəyə 3:4 hesabıyla məğlub olub.
Qeyd edək ki, ilk oyununda İngiltərəni məğlub edən (4:1) millimiz ardından Belarusa uduzmuşdu – 2:3. Amma buna baxmayaraq, komandamız pley-offa çıxmağı bacarıb.
Yığmamız qrupda üçüncü yeri tutub. Amma ümumi komanda hesabında 13-cü yerdə olması Azərbaycana da 1/8 finala çıxmağa imkan verib.
