3 iyul 2012 18:09
Kəpəz yığmamızın sabiq üzvünü transfer edir
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Fabio Luis Ramim karyerasını “Kəpəz”də davam etdirə bilər. Azerisport.az xəbər erir ki, gəncəlilər braziliyalı yarımmüdafiəçi ilə yaxından maraqlanırlar.
Bölgə təmsilçisi Ramimə 1 illik müqavilə təklif etməyə hazırlaşır. Danışıqlar müsbət yekunlaşsa, təcrübəli futbolçu qarşıdakı mövsümdə “Kəpəz”in formasını geyinəcək.
Qeyd edək ki, Fabio əvvəllər “Bakı”nın şərəfini qoruyub. Millimizin sabiq oyunçusu qışda “zolaqlılar”la yollarını ayırandan bəri işsizdi.
