3 iyul 2012 18:20
Rəvan Premyer Liqamızın formatının dəyişməsini istəyir
Bu gün Peşəkar Futbol Liqasına prezident seçkisi zamanı klublar arasında Premyer Liqanın formatının dəyişdirilməsinə dair təkliflər səslənib. Azerisport.az xəbər verir ki, belə bir təkliflə konkret olaraq “Rəvan” rəsmiləri çıxış ediblər.
Lakin PFL-in köhnə-yeni prezidenti Ramin Musayev onların bu təklifinin qəbul olunmadığını bildirib: “Rəvan” rəsmiləri Premyer Liqanın final mərhələsi zamanı “6+6” sisteminin “8+4” ilə dəyişdirilməsini təklif etdilər. Amma bu, mümkünsüz görünür. Çünki elə olan halda təqvim yığmanın qrafiki ilə üst-üstə düşəcək”.
