3 iyul 2012 18:48

“Bakıya 1:0 hesablı qələbə ilə getmək istəyirik”

Estoniyanın “Trans” klubunun baş məşqçi vəzifəsini yerinə yetirən Aleksey Yaqudin Azərbaycanın “İnter” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Komandanın baş məşqçisi Sergey Prixodkonun yoxluğu nə ilə əlaqədardı?
- Hazırda komanda ilə mən işləyirəm. Baş məşqçimiz PRO lisenziyası almağa çalışır və hazırda buna görə məşğuldu. Buna görə o, “İnter”lə ilk oyunda olmayacaq.
 
- Bu, komandanızın çıxışına təsir göstərməyəcək ki?
- Düşünmürəm ki, bu, bizə hansısa əlavə problem yaratsın.
 
- “İnter”lə oyun öncəsi nə deyə bilərsiz?
- Bizə çox güclü rəqib düşüb. İndi “İnter”in son oyunlarını izləyirik, analizlər aparırıq. Bizim əsas hədəfimiz layiqli oyun sərgiləməkdi. Bilirik ki, “İnter” daha səviyyəli komandadı. Amma üzərimizdə təzyiq yoxdu. Yaxşı oyun göstərmək istəyirik.
 
- Yəqin ki, “İnter” haqda informasiya toplamaq çətin olmadı...
- Əgər siz vaxtilə Azərbaycanda oynamış eston futbolçulara işarə vurursuzsa, onlardan heç nə soruşmamışıq. Mənim başqa mənbələrim var. Bildiyim qədərilə, “İnter”in heyəti dəyişib. Tam məlumatım olmasa da, mümkün qədər çox şey öyrənməyə çalışırıq.
 
- Bu komanda barədə başqa nə deyə bilərsiz?
- Çox yaxşı təşkilatlanmış komandadı. Yaxşı baş məşqçisi var. Kaxaber Tsxadadzenin Tiflis “Dinamo”sundakı, Moskva “Spartak”ındakı, yığmadakı çıxışlarını yaxşı xatırlayıram. Rəqibimizin necə ciddi komanda olduğunu yaxşı bilirik.
 
- “Trans”ın prezidenti Nikolay Burdakov azerisport.az saytına müsahibəsində bəyan edib ki, Avroliqadakı hədəfləriniz ilk oyundan asılıdı...
- Mən onunla razıyam. Mümkündü ki, ilk oyundan sonra hər şey formal xarakter daşısın və ya əksinə.
 
- Hər halda “İnter”i necə keçməyin yolunu fikirləşmisiz...
- Əlbəttə. Növbəti mərhələyə keçməyi çox istəyirik. Amma öz imkanlarımızı düzgün qiymətləndirməliyik. Ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirib, nəticə qazanmaq istəyirik.
 
- Bakıya hansı hesabla yollanmaq istərdiniz?
- (gülür) Qələbə ilə! 1:0 hesablı qələbə cavab oyunu öncəsi yaxşı nəticə olardı. Amma hər şeyi oyun göstərəcək.
 
- “Trans” Rakverdə öz oyununu sərgiləyəcək, yoxsa rəqibə görə hərəkət edəcəksiz?
- Taktiki planlarımızı indidən açmaq istəmirəm. Bizim futbola öz baxışımız var. Çalışacağıq ki, öz oyunumuzu sərgiləyək.
 
- Bakıda “Trans”a şans tanımırlar. Sizcə, “İnter” bunun güdazına gedə bilər?
- Tsxadadze təcrübəli mütəxəssisdi. Yəqin ki, o, futbolçularını rəqibə hörmətlə yanaşmaq baxımından lazımı qaydada kökləyəcək. İstənilən rəqibi qiymətləndirməmək məğlubiyyətə səbəb ola bilər. Amma “İnter”in belə səhvə yol verəcəyini düşünmürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.