3 iyul 2012 18:57
Ramin Musayev: Bunun üçün klubların razılığı olmalıdı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, Tofiq Bəhramov adına Respublika stadionunun yenidənqurmadan sonrakı açılışı Azərbaycan superkuboku uğrunda keçiriləcək oyun ola bilər. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mümkündü ki, biz superkubok matçını keçirək. Özü də bu, yenidənqurmadan sonrakı ilk matç ola bilər. Amma bunun üçün klubların razılığı olmalıdı. Ümid edək ki, həmin vaxt həm “Neftçi”, həm də “Bakı” avrokuboklardakı çıxışlarını davam etdirəcəklər və superkubok matçını keçirmək üçün təqvimdə yer tapa bilməyəcəyik”.