3 iyul 2012 19:07
Nomme Kalju Lənkərana 18 futbolçu ilə gəlib
Estoniyanın “Nomme Kalju” klubunun Azərbaycana hansı heyətlə gəlməsi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”ın rəqibi olan bu komanda ölkəmizə 18 futbolçu ilə təşrif buyurub.
Baş məşqçi İqor Prins “ağ-yaşıllar”la oyunda aşağıdakı futbolçuların xidmətindən yararlana biləcək:
Qapıçılar: Vitali Teleş, Marçin Zomerski;
Müdafiəçilər: Marko Byanki, Andres Kooqas, Alo Barenburq, Xorxe Rodriqes, Ken Kallaste, Tixon Şişov;
Qapıçılar: Vitali Teleş, Marçin Zomerski;
Müdafiəçilər: Marko Byanki, Andres Kooqas, Alo Barenburq, Xorxe Rodriqes, Ken Kallaste, Tixon Şişov;
Yarımmüdafiəçilər: Eyno Puri, Yankuba Sisay, Damyano Kvinteri, Oliver Konsa, Tanel Melts, Sergey Terexov, Hidetoşi Uakui;
Hücumçular: Kristen Viikmae, Yuri Yevdokimov, Hideaki Takeda.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Nomme Kalju” arasındakı ilk oyun iyulun 5-də Lənkəranda keçiriləcək və saat 20:00-da start götürəcək.
