3 iyul 2012 19:16
“Mənim yerimdə çoxları işləyə bilər”
Peşəkar Futbol Liqasının köhnə-yeni prezidenti Ramin Musayev bəyan edib ki, onun bu vəzifəsində çoxları işləyə bilər. Lakin azerisport.az xəbər verir ki, o, hazırkı işinin çətin olduğunu dilə gətirib:
“Çox adam mənim yerimdə işləyə bilər. Amma mən özüm heç kimə belə bir işi arzulamazdım. Bu iş mənim çox vaxtımı alır. Mənə yenidən güvənənlərə təşəkkürümü bildirirəm. Eyni zamanda demək istəyirəm ki, qarşıdakı dörd ildə sizi yeniliklər gözləyir”.