3 iyul 2012 19:26
PFL-də prezident seçkisi (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, bu gün Peşəkar Futbol Liqasının prezidentinin seçkiləri keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan seçkilərdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, PFL-in prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Premyer Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, Ramin Musayev yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
