3 iyul 2012 20:02
Mənsimov Xəzər Lənkəranın Nomme Kalju ilə oyununu izləməyəcək
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov sevimli komandasının Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniya “Nomme Kalju”su ilə oyununu izləməyəcək. Azerisport.az xəbər verir ki, “Palmali” şirkətlər qrupunun prezidenti işlərinin çox olması səbəbindən artıq ölkəni tərk edib və Türkiyəyə qayıdıb.
Bu üzdən də Mənsimov “ağ-yaşıllar”a stadiondan dəstək verə bilməyəcək. Lakin bu günlərdə Azərbaycanda olan klubun fəxri-prezidenti baş məşqçi Yunis Hüseynov başda olmaqla məşqçilər korpusu ilə görüş keçirmiş, onlardan uğur gözlədiyini dilə gətirmişdi.
