3 iyul 2012 20:24
Xəzər Lənkəranda 22 qol vuran futbolçu Bolqarıstan klubunda
“Xəzər Lənkəran”ın sabiq futbolçusu İvan Tsvetkov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, bolqar hücumçu karyerasını Bolqarıstan çempionatında davam etdirəcək.
Belə ki, Tsvetkov Bolqarıstanın “Botev” klubuna keçib. Plovdiv təmsilçisi 32 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tsvetkov 2008-2010-cu illərdə “Xəzər Lənkəran”da çıxış edib və 50 oyunda 22 qol vurub. 2011-ci ildə bir müddət “Ririn”də çıxış edən (12 oyun, 8 qol) futbolçu 2011-2012 mövsümünü Sofiya “Levski”sində keçirib. Bu komandada meydana çıxdığı 30 oyunda 11 qol vursa da, rəhbərlik onunla yolları ayırmaq qərarına gəlib.
