3 iyul 2012 20:28
Paraqvay millisinin üzvü rəsmən Neftçidə (FOTO)
Çempionlar Liqasının oyunlarına hazırlaşan "Neftçi" heyətini Paraqvay millisinin futbolçusu Erik Fabian Ramosla gücləndirib. Azerisport.az xəbər verir ki, bu gün paraqvaylı dayaq yarımmüdafiəçisi ilə Avstriyada rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, bu futbolçu 1987-ci ildə anadan olub. 2006–2007 mövsümündə "12 de Octubre" klubunda çıxış edib və 12 oyun keçirib. 2007-ci ildə "3 de Febrero" klubunda 8 oyuna çıxdıqdan sonra isə "Rubio Nu" komandasına transfer olunub. İndiyə qədər bu komandada 99 oyuna çıxan yarımmüdafiəçi 2 qol vurub.
Erik Ramos bu ildən çağırıldığı Paraqvay yığmasında 3 oyun keçirib. Yeni orta sahə oyunçusu "Neftçi"də 15 nömrəli maykanı geyəcək.
