3 iyul 2012 11:18
Zestafoni oynadı, Hacıyev izlədi (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Zestafoni” komandası yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan gürcülər Bolqarıstan təmsilçisi “Lokomotiv” (Plovdiv) ilə görüşdə qüvvələrini sınayıblar və 3:2 hesablı qələbəyə seviniblər. Qarşılaşmanı eyni ölkədə təlim-məşq toplanışı keçən bakılıların baş məşqçisi Böyükağa Hacıyev də izləyib.
