3 iyul 2012 22:50

Neftçi Rusiya klubuna məğlub oldu (YENİLƏNİB)

UEFA Çempionlar Liqasına hazırlığı davam etdirən "Neftçi" bu gün Avstriya toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın Avstriyadakı ilk rəqibi Rusiyanın “Kuban Krasnodar” klubu olub.
 
Qeyd edək ki, əslində paytaxt klubu hazırlığın ikinci mərhələsi çərçivəsindəki ilk oyununu başqa kluba qarşı keçirməli idi. Belə ki, Böyükağa Hacıyev komandasını Almaniyanın “Starnberq” klubu ilə qarşılaşmada sınaqdan keçirəcəkdi. Lakin son anda planlarda dəyişiklik edilib və Rusiya klubu ilə görüşməyə üstünlük verilib. Dəyişikliyin əsas səbəbi kimi isə, “Kuban Krasnodar”ın “Starnberq”ə nisbətən daha güclü rəqib olması göstərilir.
 
Qarşılaşmaya gəlincə, ilk yarıda qol vurulmayıb. Fasilədən sonra isə Rusiya təmsilçisi iki qol vuraraq, qələbə qazanıb.
 
Maraq üçün xatırladaq ki, “Neftçi” Türkiyə toplanışı zamanı Rusiyanın “Mordoviya” klubuna 0:4 hesabıyla uduzmuş, İran çempionu “Sepahan”a qalib gəlmişdi – 1:0.
 
Yoxlama oyunu
3 iyul
 
KUBAN KRASNODAR - NEFTÇİ - 2:0 (0:0)
Qollar: Pitselli, 65, Markos, 80.
 
"Neftçi" oyuna bu heyətlə çıxıb: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Elvin Yunuszadə, Bruno Bertuççi, Mirhüseyn Seyidov, Rəşad Sadiqov, Julius Vobay, Flavinyo, Cavid İmamverdiyev, Nikolas Kanales.
 
Oyun başladı
İlk hücum "Kuban"dan gəlsə də, Mehdiyev yerindədi
Rauf Fidlerin təhlükəli cərimə zərbəsini dəf edir
"Neftçi"nin hücum qurmaq cəhdləri bəhrəsiz qalır
Mehdiyev yenidən diqqət mərkəzindədi: o, bu dəfə Sekretin fərqlənməsinə imkan vermir
Kanalesin zərbəsi qapıdan yan keçir
"Neftçi"nin ilk korneri bəhrəsizdi
"Kuban" isə artıq dördüncü korneri yerinə yetirir: yenə uğursuzdu
Vobay fəallıq nümayiş etdirir. Amma onun iki zərbəsini qapıçı dəf edir
Flavinyonun cərimə zərbəsi canlı səddən dönür
İmamverdiyevin uzaqdan zərbəsi zamanı top qapının üstündən keçir
Mehdiyev İonovun zərbəsini dəf edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Hacıyev birdən-birə dörd dəyişiklik edir: O, Qurbanov, Abdullayev, Mehdiyev və bu gün rəsmi müqavilə bağladıqları Ramosu meydana buraxır
"Kuban" fasilədən sonra da fəaldı. Amma qapıçının əla oyunu onların qol vurmaq arzusunu gözlərində qoyur
Abdullayev təhlükəli vəziyyət yaratmağa yaxın olsa da, buna nail ola bilmir
65-ci dəqiqədə "Neftçi" məğlub duruma düşür - 1:0
"Neftçi"də Allahverdiyev meydana çıxır
80-ci dəqiqədə "Neftçi" qapısında daha bir top görür. Ruslar penalti qazanırlar. Mehdiyev Pitsellinin zərbəsini dəf etsə də, Markosun təkrar zərbəsi dəqiq olur - 2:0
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.