3 iyul 2012 00:08

Fransalı qoleador Azərbaycan klubuna keçir (FOTO)

Fransalı hücumçu Jeremi Perbe karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
 
Çünki 1984-cü il təvəllüdlü təcrübəli futbolçunun son klubu məhz Belçika təmsilçisi – “Bergen Mons” komandasıdı. Lakin Belçika təmsilçisindən ayrılan forvard hazırda Azərbaycan klublarından birinin düşərgəsindədi. Amma həmin klubun adı açıqlanmır.
 
Maraq üçün bildirək ki, hazırda “Kəpəz” bir neçə adı açıqlanmayan fransız futbolçunu sınaqdan keçirir. Mümkündü ki, onlardan biri də məhz Perbedi. Amma bir daha qeyd edək ki, bu, rəsmi olaraq təsdiqlənməyib və sözügedən hücumçu başqa klubumuzda da baxışda ola bilər.
 
Perbe karyerasında “Clermont Foot”da başlayıb. 2003–2005-ci illər aralığında bu komandada 60 oyun keçirib, 9 qol vurub. 2005–2006 mövsümündə “Moulins” klubuna keçən mərkəz hücumçusu 31 oyunda 23 qol vurmağa nail olub. O, 2006-cı ildə “Strasbourg”a transfer olunsa da, burdakı çıxışı bir qədər uğursuz alınıb: cəmi 7 oyun və 1 qol. Bu üzdən də 2007-ci ildə “Charleroi”ya icarəyə verilib (13 oyun, 6 qol). 2007-2008 mövsümündə də “Angers” Perbeni icarəyə götürüb. Bu komandada 10 oyun keçirməsinə rəğmən, bir dəfə də rəqib qapılarına yol tapa bilməyib.
2008-ci ildə hücumçunu “Tubize” alıb. Burda 47 oyuna 24 qol vuran futbolçunu 2010-cu ildə “Lokeren” alıb. Amma mövsüm ərzində çıxdığı 12 oyunda cəmi 1 dəfə qol vurmağa nail olub. Perbenin ən uğurlu çıxışı son komandası - “Bergen Mons”la bağlıdı. O, 2011-ci ildən top qovduğu bu komandada 50 oyuna 39 dəfə fərqlənib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.