4 iyul 2012 01:38

Çempionlar Liqasının yeni mövsümü 2 darmadağınla başladı (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında 2012-2013 mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ilkin təsnifat mərhələsində cəmi altı klub mübarizə aparır.
 
Cırtdan ölkə təmsilçiləri ikinci təsnifat mərhələsinə adlayacaq ən güclü üç klubun adına aydınlıq gətirməlidilər. Hər üç görüş eyni gündə baş tutub. Maraqlıdı ki, ÇL-in yeni mövsümü böyükhesablı darmadağınlarla başlayıb. Belə ki, "Dudelange" doğma meydanda "Tre Penne"yə 7, "Valletta" isə "Lusitanos"a 8 cavabsız qol vurub. Günün digər görüşü isə qolsuz başa çatıb.
 
Maraq üçün bildirək ki, Azərbaycanı ÇL-in yeni mövsümündə ölkə çempionu “Neftçi” təmsil edəcək. “Ağ-qaralar” mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq və Gürcüstan çempionu “Zestafoni” ilə qarşılaşacaq. Həmin görüşlər iyulun 17-də və 24-də keçiriləcək.
 
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi (ilk oyunlar)
3 iyul
 
Dudelange (Lüksemburq) - Tre Penne (San Marino) - 7:0 (2:0)
Qollar: Melisse, 25, Benzouye, 29; 54, Leqros, 47, Yoahim, 52; 90+3, D`Orsi, 78-öz qapısına.
 
Valletta (Malta) - Lusitanos (Andorra) - 8:0 (6:0)
Qollar: Çaruana, 4, Mifsud, 10; 18; 45; 70, Conatan, 17; 23, Aqyus, 73.
 
Linfield (Şimali İrlandiya) – Torshavn (Farer adaları) - 0:0 (0:0)
Matçın 39-cu dəqiqəsində meydan sahiblərinin heyətində Tompson penaltidən yararlana bilməyib
 
Qeyd edək ki, birinci təsnifat mərhələsinin cavab oyunları iyulun 10-da keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.