3 iyul 2012 00:23

Neftçinin rəqibi Bolqarıstan klubuna qalib gəldi

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Zestafoni” komandası yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan gürcülər Bolqarıstan təmsilçisi “Lokomotiv” (Plovdiv) ilə görüşdə qüvvələrini sınayıblar.
 
Qarşılaşma Gürcüstan çempionunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 10-cu dəqiqədə gürcülərin aparıcı hücumçusu Dvali açıb. Lakin cəmi 3 dəqiqə sonra bolqarlar tarazlığı bərpa ediblər. Fasilədən sonra (55-ci dəqiqəq) Dvali özünün və komandasının ikinci qolunu vurub. 77-ci dəqiqədə Babunaşvili gürcülərin üstünlüyünü bir qədər də artırıb. Plovdiv klubu yalnız görüşün sonuna 9 dəqiqə qalmış buraxılan qollardan birinin əvəzini çıxa bilsə də, artığını bacarmayıb.
 
Qeyd edək ki, bu, “Neftçi”nin rəqibinin ölkə xaricindəki toplanış çərçivəsindəki ikinci sınaq matçı idi. Bundan öncə Rumıniya təmsilçisi “Astra” ilə görüşdə qüvvəsini sınayan Gürcüstan çempionu 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi. “Zestafoni” növbəti matçını iyulun 7-də “Steaua”ya (Rumıniya) qarşı keçirəcək.
 
Sonda onu da bildirək ki, “Neftçi” ilə “Zestafoni” arasındakı ilk oyun iyulun 17-də “Dalğa Arena”da keçiriləcək və yerli vaxtla saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Zestafonidə baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.