3 iyul 2012 00:36
İsveçrə yığmamızla oyuna 10:1 hesablı qələbə ilə çıxacaq
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələ oyunları davam edir. Azerisport.az xəbər verir ki, ötən gün qrup mərhələsinin ikinci turuna yekun vurulub.
Azərbaycan yığması Belarusa 2:3 hesabıyla yenilib. Yığmamızın digər rəqiblərinə gəlincə, İsveçrə İngiltərəni darmadağın edib – 10:1.
Qeyd edək ki, millimiz də ilk oyununda İngiltərəni 4:1 hesabıyla yenmişdi. Bəhram Hətəmovun yetirmələri qrupdakı son oyununu bu gün İsveçrəyə qarşı keçirəcək.
