4 iyul 2012 01:43
Rövnəq Abdullayev: Klub yarışlarında daha çox inkişafa nail olmalıyıq
AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan futbolunun inkişafı yolunda klub yarışlarında inkişafa nail olmağı daha vacib hesab edir. Azerisport.az xəbər verir ki, o, bu məsələ ilə bağlı açıqlamasında bunları dilə gətirib:
“Futbolun əsas başlanğıcı, onurğası klublardı, klub yarışlarıdı. Ona görə də biz klub yarışlarında daha çox inkişafa nail olmalıyıq. Klubların, uşaq futbolunun inkişafı nəticədə milli komandaya öz təsirini göstərir. Keçən dörd ildə klubların səviyyəsinin qalxdığını deyə bilərəm. Hakimlikdə olan dəyişikliklərin çox bəyənildiyini qeyd etmək istəyirəm. Hakimlərin təlim-məşq toplanışlarının keçirilməsi, hakimlərin hazırlanması, gənc hakimlərin cəlb olunması, hakimlərin işlərinə nəzarət olunması və müzakirə edilməsi, PFL-in öz kameraları vasitəsilə hər bir oyunun çəkilməsi oyunların keyfiyyətində çox böyük dəyişikliklərə səbəb olub. Bu nailiyyətlərin daha da inkişaf etdirilməsi PFL-in qarşısında qoyulub. Artıq müasir texnologiyalar alınır və hakimlər bu texnologiyalardan istifadə edə biləcəklər.

Teleyayımla bağlı yeni qərar qəbul edilib. AFFA teleyayımı öz üzərinə götürüb və biz artıq televiziyalar və şirkətlər arasında tender elan etmişik. Yayım hüququnu əldə edən qurum bütün informasiyanın yayılmasını öz üzərinə götürəcək və bu məsələ iyul ayında həll olunmalıdı. Biz öz məhsulumuzu satırıq. Bütün dünyada teleyayım bu cür tənzimlənir. Teleyayım futbolun inkişafı üçün əsas maliyyə qaynaqlarından biridi. Yayımdan gələn bütün vəsait klublar arasında bərabər şəkildə bölünəcək.
Daha bir məsələ Premyer Liqa və bütün yarışların adlarının satışının həyata keçirilməsi ilə bağlıdı. Həmçinin stadionların adları da satılacaq. Bunun üçün tender elan olunacaq və ən yaxşı təklifi irəli sürən şirkətlər sadaladığım markaların adlarına sahib olacaq. Bu vəsait hesabına biz stadioların xərclərini ödəyəcəyik və AFFA-nın maliyyə imkanlarını genişləndirməyə çalışacağıq.
Bütün rayonlarda futbolu inkişaf etdirməyə, uşaq futbolunu yüksəltməyə çalışırıq. 4 il bundan öncə bizdə futbolçu sayı 1600 nəfər idi. Hazırda isə 27000 nəfərdir. Biz bu sayın daha da artması üçün çalışırıq”.