4 iyul 2012 01:47
Mura Bakıya 19 futbolçu ilə gəlir
Sloveniyanın “Mura” klubu Bakıya gəlir. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsində “Bakı”nın qonağı olacaq komanda Azərbaycana 19 futbolçu ilə təşrif buyurur.
Sloveniya təmsilçisinin baş məşqçisi heyətə aşağıdakı futbolçuların adlarını daxil edib: Barbiç, Boqar, Bolyak, Çipot, Eteroviç, Fayiç, Qruskovnyak, Horvat, Yanja, Yeliç, Kozar, Kramar, Lotriç, Luk, Maruşko, Roqaç, Şafer, Sreş, Travner.
Qeyd edək ki. “Bakı” – “Mura” oyunu sabah “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.
