4 iyul 2012 01:50
Polşa Almaniya və Rusiyanı məğlub edib, Azərbaycana rəqib oldu
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, ötən gün turnirin qrup mərhələsinin oyunlarına yekun vurulub.
Artıq pley-off mərhələsinə adlayan 16 ən güclü komandanın adı məlumdu. Onlardan biri də Azərbaycan yığmasıdı. Komandamız qrup mərhələsində yalnız İngiltərəni yenə bilmiş (4:1), Belarus (2:3) və İsveçrəyə (3:4) məğlub olmuşdu. Amma yığmamız daha yaxşı göstəricilərə əsasən üçüncü yerlə pley-offa vəsiqə qazanmışdı.
Artıq komandamızın pley-off mərhələsindəki rəqibi də bəllidi. Belə ki, Bəhram Hətəmovun yetirmələri növbəti mərhələyə vəsiqə qazanmaq üçün Polşa səddini keçməlidilər. Polşa millisi qrup mərhələsində Rusiya, Latviya və Almaniyanı məğlub edib.
Digər cütlüklər isə belədi: Rusiya – İsveçrə, Hollandiya – İsrail, Çexiya – Macarıstan, İtaliya – İspaniya, Belarus – Yunanıstan, Portuqaliya – Fransa, Ukrayna – Türkiyə.
