4 iyul 2012 02:12
Xəzər Lənkəran - Nomme Kalju görüşü 1 manata
Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Xəzər Lənkəran” – “Nomme Kalju” matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, cənub təsmilçisinin Estoniya klubu ilə görüşünə biletlərin qiyməti 1-2 manat aralığındadı.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş sabah Lənkəran şəhər stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Cavab qarşılaşması isə iyulun 10-da Estoniyada baş tutacaq.
