4 iyul 2012 02:23
İnter artıq Estoniyada oyun saatını gözləyir
Xəbər verdiyimiz kimi, Sloveniyada təlim-məşq toplanışını başa vuran "İnter" iyulun 3-də Estoniyaya yollanıb. Azerisport.az xəbər verir ki, Tallin hava limanına gələn komanda sonradan Rakvere şəhərinə yola düşüb.
"Akva" otelində məskunlaşan "İnter" bu gün oyunöncəsi son məşqə çıxacaq.
Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsində "İnter" Estoniyanın "Trans" (Narva) komandasıyla qarşılaşacaq. Oyun iyulun 5-də Bakı vaxtıyla 20:30-da başlayacaq.
