4 iyul 2012 11:14
Manuel Skarlatake: Qrup mərhələsinə də düşə bilərik
“Xəzər Lənkəran”ın köhnə-yeni futbolçusu – rumıniyalı müdafiəçi Manuel Skarlatake azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasındakı şanslarını dəyərləndirib.
- “Xəzər Lənkəran” Mirça Rednikin rəhbərliyi altında oynadığınız dövrlə müqayisədə çoxmu dəyişib?
- “Xəzər Lənkəran”a qayıdışım mənim üçün yaxşı hadisə oldu. Komandada gözəl atmosfer hökm sürür. Hamı Avropa Liqasında Estoniya “Nomme Kalju”suna qarşı keçirəcəyimiz oyunu düşünür. Yaxşı oyun sərgiləyib, uğur qazanmaq istəyirik.

- Ümumiyyətlə, Estoniya klubu barədə nəsə bilirsiz?
- Yaxşı heyətləri var. Estoniya çempionatına liderlik edirlər. Ona görə də bu komandanı zəif hesab etmək olmaz. Səhv buraxmamağa çalışmaq lazımdı. Çünki səfərə qol buraxmadan getmək daha yaxşı olardı.

- Hansı nəticə sizi daha çox qane edər?
- Qol vurub buraxmayacağımız istənilən nəticə. Əminəm ki, azarkeşlərimiz də bizi dəstəkləyəcək. Komanda dolu tribunalar qarşısında oynayacaq. Lənkəranda oynamaq bütün rəqiblərimiz üçün çətindi. Əgər yaxşı oynasaq, iki qol vura bilərik.

- Amma komanda təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərə bilmədi. Nə yaxşı oyun, nə də nəticə var idi...
- Toplanış sadəcə hazırlıq üçündü. Bütün oyunlarda uduzmaq da olar. Əsas belə rəsmi oyunlarda layiqli oyun sərgiləməkdi. Əgər yoxlama oyunlarında nəticə barədə düşünsək, qabağa gedə bilmərik.
- “Xəzər Lənkəran” hər iki oyunda əsas diqtə edən tərəf ola bilər?
- Ev oyununda dəqiq belə olacaq. Futbolçularımız bir-birini çox gözəl başa düşürlər. Hücumda oynaya bilərik.

- İkinci təsnifat mərhələsi barədə düşünmürsüz? Böyük ehtimalla növbəti rəqibiniz Polşa “Lech”i olacaq...
- Onların güclü komandası var. Amma biz “Lech”ə də qarşı layiqli oyun sərgiləyə bilərik. Bunun üçün isə öncə birinci təsnifat mərhələsini uğurla keçməliyik.
- “Xəzər Lənkəran” neçə mərhələ keçə bilər?
- Ən azı iki mərhələ. “Xəzər Lənkəran” qarşısına böyük hədəflər qoyub. Daha uğurlu çıxış edə bilsək, hətta qrup mərhələsinə də düşə bilərik. Amma bu haqda danışmaq hələ çox tezdi. Çünki heç ilk oyunumuzu belə keçirməmişik. Ən azı dördüncü təsnifat mərhələsinə adlamaq üçün əlimizdən gələni edəcəyik.

- “Xəzər Lənkəran”ın indiyə qədər bir dəfə də mərhələ adlaya bilməməsi komanda üzərində təzyiq yaratmır?
- Biz bu il əvvəlki mövsümlərlə müqayisədə güclüyük. Vahid komanda şəklində dişimizi göstərə bilərik. Bunu Lənkəranda şəhər stadionunda da sübut edəcəyik. Bilet alın, futbola gəlin!