4 iyul 2012 11:37
Millimiz Almaniyada darmadağınları sıralayır
Almaniyanın Duysburq şəhərində təşkil olunmuş DFB - Federasiyalar Kubokunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi Baden bölgəsinin komandası olub.
Amma yığmamız bu dəfə də darmadağına məruz qalıb. Belə ki, komandamız 0:3 hesabı ilə məğlub olub.
