4 iyul 2012 12:18
AFFA planlarında dəyişiklik etdi
AFFA-nın təşkil etdiyi C kateqoriyalı məşqçi kursunun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, iyulun 7-dən 13-dək olan müddətdə keçirilməsi nəzərdə tutulan kursun vaxtı dəyişdirilib. Kurs avqustun 10-dan 18-dək olan müddəti əhatə edəcək.
