4 iyul 2012 13:11
Bakının qapıçısı Olimpiakosa keçdi
“Bakı”dan ayrılan Marko Şarliya özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, xorvat qapıçı karyerasını Cənubi Kipr klubunda davam etdirəcək.
Belə ki, Şarliya Cənubi Kiprin “Olimpiakos” klubu ilə müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Şarliya 2008-2012-ci illərdə “Bakı”da çıxış edib. Bu müddətdə 107 oyuna çıxan 30 yaşlı qolkiper 1 dəfə Azərbaycan çemponluğunu, 2 dəfə ölkə kubokunu qazanıb. O, əvvəllər Xorvatiyanın “Dinamo” (Zaqreb), “Zadar” və “İnter” klublarında forma geyinib.
