4 iyul 2012 13:53
Dan Petresku: Neftçi ilə oyundan razı qaldım
Ötən gün Azərbaycan çempionu “Neftçi” ilə yoxlama oyunu keçirən Rusiyanın “Kuban” klubunun baş məşqçisi Dan Petresku matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, rumın mütəxəssis komandasının 2:0 hesablı qələbə qazandığı oyunla bağlı bunları bildirib:
“Beynəlxalq arenada çıxış edəcək rəqibə qarşı oyundan razı qaldım. Uşaqlar aldıqları yükləmələrə baxmayaraq, meydanda pis hərəkət etmirdilər və fasilədən sonra topa daha çox nəzarət etdilər. Amma oyunun gedişinə əsasən futbolçularıma bir sıra iradım var. Bunu oyunun təhlilində müzakirə edəcəyik. İlk yarıda gənclər çalışdılar, lakin hücumların inkişaf etdirilməsində ustalıq səviyyələri çatmadı. Belə yoxlama oyunları da ona görədir ki, çatışmayan cəhətləri üzə çıxarsın, üzərində çalışmalı olduqlarımızı göstərsin. Növbəti matçda fərqli heyətlə oynayacağıq. “Neftçi” ilə qarşılaşmada sonradan meydana çıxanlar bu dəfə start heyətində oynayacaq. Digərləri isə son yarım saatda oynayacaq”.
