4 iyul 2012 14:30
Fırtınalar meydanında anşlaq gözlənilir
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Lənkəranda keçiriləcək Azərbaycan təmsilçisi “Xəzər Lənkəran”la Estoniyanın “Nomme Kalju” klubu arasındakı görüşdə anşlaq olacaq. Azerisport.az xəbər verir ki, ötən gündən satışa çıxarılan bu oyunun biletləri 3-35 faiz satılıb.
Oyun saatına kimi isə bütün biletlərin satılacağı gözlənilir. Lənkəranlı azarkeşlər 15 minə yaxın azarkeş tutumuna malik arenanı tam doldurmağa hazırlaşırlar.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Nomme Kalju” görüşü sabah Lənkəran şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
