4 iyul 2012 15:53

Mura viza probleminə görə Bakıya gələ bilmir

Sloveniyanın “Mura” klubu ciddi problemlə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın oyunçuları və məşqçi heyəti hələ də Bakıya gəlməyib.
 
Halbuki, bu komanda artıq sabah Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Bakı”nın qonağı olmalıdı.
 
Sloveniyalılar Azərbaycan paytaxtına bu gün gəlməli idilər. Hətta onların bir neçə saat öncə “Dalğa Arena”da məşqə çıxması planlaşdırılmışdı. Amma Sloveniya klubu üzləşdiyi viza problemi səbəbindən ölkədən çıxa bilmir.
 
Klub rəhbərliyi püşkatmadan dərhal sonra Azərbaycanın Avstriyadakı səfirliyinə müraciət edərək, viza istəyib. Amma onlar bu vizanı hələ də ala bilməyiblər. Bu üzdən də məsələyə “Bakı” rəsmiləri qarışıblar. Onlar bu barədə UEFA nümayəndəsinə də məlumat veriblər. Azərbaycanın müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsindən sonra “Mura”nın problemi yoluna qoyulub. Belə ki, komanda üzvlərinə həmin vizanı birbaşa “Heydər Əliyev” aeroportunda ala bilmək imkanı yaradılıb. Bu barədə məlumatı “Bakı”nın icraçı direktoru Yaşar Seyidov verib.
 
Lakin bu məsələ də həllini tapmasına rəğmən, “Mura”nın başqa problemi çıxıb. Komanda öncə Bakıya Lyublyana-Zaqrev-İstanbul-Bakı reysi ilə gəlməli idi. İndi isə onlar çarter reysi sifariş verməli olublar. Belə olan halda komanda Bakıya yalnız gecə saatlarında təşrif buyuracaq və “Dalğa Arena”da oyun öncəsi məşq edə bilməyəcək. Böyük ehtimalla Sloveniya təmsilçisinin nümayəndələri mətbuat önünə də çıxa bilməyəcəklər.
 
Qeyd edək ki, “Bakı” – “Mura” görüşü sabah “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.