4 iyul 2012 16:28
Fristayl futbolçular artıq Bakıdadı (FOTOREPORTAJ)
FIFA U-17 qadınlararası dünya çempionatının püşkatma mərasimində və ardınca Milli Parkda təşkil olunacaq konsert proqramında iştirak edəcək fristaylçılar Laura Biondo, Melodi Donçet, Sandi Levitas, Fristayl Futbol Federasiyasının sədri Daniel Vud və fristayl üzrə 2011-ci il dünya çempionu Kitti Szasz artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, FIFA U 17 qadınlararası dünya çempionatı Yerli Təşkilat Komitəsinin dəvəti ilə ölkəmizə gələn fristayl futbolçular şəhərin müxtəlif yerlərində gənclərlə görüşüblər.
Futbolçular və Daniel Vud həmçinin bu gün Araz FM radiosunun da qonağı olub, onlara ünvanlandırılan sualları cavablandırıblar. Azərbaycanda olmaqdan çox şad olduqlarını bildirən gənc futbolçu xanımlar şəhəri gəzməklə yanaşı həm də, iyulun 6-da keçiriləcək tədbirdə göstərəcəkləri performansa hazırlaşırlar.
