4 iyul 2012 16:59
Azərbaycan DÇ-yə vəsiqə qazana bilmədi
Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin oyunları keçirilib.
Azərbaycan millisi 1/4 finala adlamaq üçün Polşa yığması ilə qarşılaşmalı olub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüş millimizin məğlubiyyəti ilə başa çatıb – 5:6.
Komandamızın qollarına dubla imza atan Elhad Əhmədov, eləcə də Emin Kürdov, Zeynal Zeynalov bə Əbdül Əliyev imza atıb. Polşalıların heyətində isə het-trik edən Boquslav Saqanovski, eləcə də Dariuş Slavinski, Petr Qolanski və Vitold Ziober fərqlənib.
Beləcə, komandamızın növbəti mərhələyə çıxmaq cəhdi baş tutmayıb və mübarizəni dayandırmalı olub. Qeyd edək ki, DÇ-yə yalnız finala çıxacaq iki komanda vəsiqə qazanacaq.
