4 iyul 2012 17:43
Flavinyo: Bu oyunlarda nəticəni vacib hesab etmirəm
Azərbaycan çempionu "Neftçi"nin braziliyalı futbolçusu Flavinyo Rusiyanın "Kuban" (Krasnodar) klubu ilə oyun barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına müsahibəsində 0:2 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
"Bu oyunlar yoxlama xarakterli olduğundan nəticəni vacib hesab etmirəm. Əsas odur ki, komandaya yeni qoşulan futbolçular uyğunlaşma prosesini uğurla keçsin. İxtiyarımızda olan vaxtdan maksimum yararlanmağa çalışırıq. Oyunun ikinci hissəsində əsas heyətin əksər futbolçuları əvəzləndi. Meydana çıxan gənclərin də təcrübə qazanmaq imkanı oldu".
