4 iyul 2012 17:57
“Nəticəni yox, buraxdığımız səhvləri görməliyik”
Azərbaycan çempionu "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev Rusiyanın "Kuban" (Krasnodar) klubu ilə yoxlama oyunu barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına müsahibəsində 0:2 hesablı yenilgi ilə bağlı bunları söyləyib:
“Rəqibimiz Rusiya Premyer Liqasında mübarizə aparan klub idi. Məğlub olmağımıza baxmayaraq, rəqiblə bərabər səviyyəli oyun nümayiş etdirdik. Qol vurmaq üçün bir neçə imkanımız oldu. Biz nəticəni yox, buraxdığımız səhvləri görməliyik. Elə yoxlama oyunlarının mahiyyəti odur ki, bu çatışmazlıqları aradan qaldıraq".