4 iyul 2012 18:15
Slavço Georgiyevski: Vaxtı gələndə, Neftçi ilə bağlı hər şeyi deyəcəyəm
“Neftçi”nin sabiq yarımmüdafiəçisi, yeni mövsümdən “İnter”in şərəfini qoruyacaq makedoniyalı futbolçu Slavço Georgiyevski azerisport.az saytına müsahibəsində Avropa Liqasında qarşılaşacaqları Estoniya “Trans”ı ilə görüşlərdəki şanslarından danışıb.
- Komanda “Trans”la oyuna hazırdı?
- Məncə, yaxşı hazırlaşa bildik. Fiziki və taktiki hazırlıqlar keçdik. İndi isə psixoloji hazırlıq gedir. Bilirik ki, çətin olacaq. Amma 100 faiz hazır olmalıyıq. Ümid edirəm ki, qələbə qazanarıq.

- “Trans”ı analiz edə bilmisiz?
- Bəli. Deyə bilərəm ki, ciddi rəqibdi. Oyunçularından kimisə ayrıca qeyd etmək olmur. Komanda şəklində, kompakt oyuna üstünlük verirlər.

- Tabloda hansı hesabı görmək istərdiniz?
- Fərqi yoxdu. Əsas odu ki, bizə mərhələ keçməyə kömək etsin.
- Komandada yeni futbolçusuz. Əsas heyətdə möhkəmlənə biləcəksiz?
- Bütün futbolçular əsas heyət oyunçusu olmaq üçün çalışır. Amma buna baş məşqçi qərar verir.

- Bəs siz özünüzü əsas heyətə layiq hesab edirsiz?
- Kim əsas heyətdə oynamaq istəməz ki? Amma bizə baş məşqçinin qərarlarına hörmətlə yanaşmağımız lazımdı.

- Uyğunlaşma baxımından hansısa problem olmadı?
- Qətiyyən! Hər şey əla keçdi. Bütün komandaya buna görə təşəkkür edirəm. Mənə bu baxımdan çox kömək etdilər. “İnter”dəki atmosferdən çox razıyam. Burda bütün işlər əsl peşəkar səviyyədə qurulub.

- “Neftçi”də fərqli idi?
- Əgər müqayisə etməyə başlasam, mənim tərəfimdən düzgün olmaz. Sadəcə onu demək istəyirəm ki, “İnter”də həqiqətən hər şey yüksək səviyyədədi. Mən Çində, Koreyada da oynamışam. Deyə bilərəm ki, çox yaxşı fərqlər var.

- Yeri gəlmişkən, keçmiş klubunuzda azarkeşlərin sevimlisi idiniz. İndi onlardan hansı reaksiyanı gözləyirsiz?
- Sonuncu kubok görüşündə onlar öz sözlərini dedilər. Mən də öz növbəmdə onlara sağ ol deyirəm. Onlara hörmətlə yanaşıram. “Neftçi”də mənimki alınmadı. Rəhbərliklə problemim çıxdı. Daha dəqiqi bir nəfərlə. Vaxtı gələndə, hər şeyi deyəcəm. Amma bu gün dəqiq vaxtı deyil. “Neftçi”nin prezidenti Sadıq Sadıqova, oyunçulara, Arif Əsədova və azarkeşlərə təşəkkürümü bildirirəm.
- Əgər keçmiş klubunuzun azarkeşləri tərəfindən xoşagəlməz reaksiya ilə üzləşsəniz, təəccüblənərsiz?
- Bunun baş verəcəyini düşünmürəm. “Neftçi”nin bütün oyunlarında ürəkdən çıxış edirdim.

- “Neftçi” ilə iki dəfə Azərbaycan çempionu oldunuz. “İnter”lə hədəfləriniz nədən ibarətdi?
- Əvvəl olanlar artıq tarixdə qalıb. İndi “İnter”ə çempion olmaqda kömək etmək istəyirəm.