4 iyul 2012 18:39

Yunis Hüseynov: Tarix yazmaq istəyirik

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov sabah keçiriləcək Avropa Liqası birinci təsnifat mərhələsinin Estoniya “Nomme Kalju”su ilə ilk oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az həmin mətbuat konfransından hazırlanan reportajı təqdim edir.

- Komandanız ilk oyuna nə dərəcədə hazırdı?
- Avstriya toplanışından razı qaldım. Komanda oyuna tam hazırdı. Toplanış zamanı baxışa 10-a yaxın futbolçu çağırmışdıq. Amma onlardan heç birini bəyənmədim. Hələ ki, layiqli hücumçu tapa bilməmişik. Kimi gəldi götürmək istəmirəm.

- “Nomme Kalju” ilə ilk oyundan nə gözləyirsiz?
- Tarix yazmaq istəyirik. Çünki komandamız hələ indiyə qədər avrokuboklarda mərhələ adlaya bilməyib. Biz bu vəzifənin öhdəsindən gəlməliyik. Artıq ilk oyun üçün start heyətini də müəyyənləşdirmişəm. Amma sizə deməyəcəm. Sabah onsuz da biləcəksiz. Bilirsiz ki, heç vaxt müdafiə futbolunu sevməmişəm. Odu ki, sabah komanda hücum futbolu sərgiləyəcək.
 
- Estoniya klubunu nə dərəcədə yaxşı öyrənə bilmisiz?
- Rəqibin iki oyununu görmüşəm. Normal komandadı. Əks-hücum futbolu oynamağı yaxşı bacarırlar. Amma onların da zəif nöqtələri var. Uşaqlara bu barədə danışmışıq. Lakin onu da deməliyəm ki, bu cütün favoriti yoxdu.
 
- Rəqibiniz artıq iki gündü Lənkərandadı və məşqlərini klubunuzun bazasında həyata keçirir. Təsadüfən onların çalışmalarını izləməmisiz?
- İzləmişəm. Amma məşqə görə nəsə demək olmaz. Məşqlərdə yaxşı qışqırırdılar.
 
- Siz Azərbaycanın Avropa Liqasında mərhələ adlayan ilk komandasının baş məşqçisi olmusuz. Düzdü, o vaxt bu turnir UEFA kuboku adlanırdı. “Xəzər Lənkəran” isə indiki təmsilçilərimiz arasında mərhələ adlamayan yeganə klubdu. Sizcə, bu, qismətdi?
- Ümid edirəm ki, hə. İlk oyunda rəqib qapısına 3-4 qol vurmağımızı istəyirəm. Amma qapımızın toxunulmazlığını qorumaq şərti ilə.

- Komandanız mərhələ adlamasa, necə olacaq?
- Belə bir şey olmayacaq. Biz növbəti mərhələyə keçəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.