4 iyul 2012 18:56
Azərbaycan çempionunun rəqibləri müəyyənləşdi
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun 2012-2013-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mübarizəyə əsas mərhələdə başlayacaq təmsilçimiz "Araz" püşkün nəticəsinə uyğun olaraq, 6-cı qrupda yer alıb.
"Araz"ın rəqibləri Hollandiyanın "Eindhoven", Macarıstanın "Györi" klubları və ilkin seçmə mərhələnin C qrupunu birinci yerdə başa vuracaq komanda olacaq. İlkin mərhələnin C qrupunda EID Futsal (İrlandiya), Allstars W.N. (Avstriya), TÜFAD Ankara (Türkiyə) və Minerva Futsal Bern (İsveçrə) komandaları mübarizə aparacaq.
